CəmiyyətManşetMANŞETÜSTÜ

Qurban bayramı ilə əlaqədar dəmiryolçular gücləndirilmiş iş rejimində çalışır

Qurban bayramı ilə əlaqədar dəmiryolçular gücləndirilmiş iş rejimində çalışır

Qurban bayramı ilə əlaqədar dəmiryolçular gücləndirilmiş iş rejimində çalışır

“Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişin daşımaları departamentinin kollektivi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır.

QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Avropa.info-ya bildirilib ki, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib.

Qurban bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.

Sərnişinlərin nəzərinə çatdırılır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.

Comment here