ManşetMANŞETÜSTÜ

Qonşu ölkələrdəki soyuq hava Azərbaycana təsir edəcəkmi?

Qonşu ölkələrdəki soyuq hava Azərbaycana təsir edəcəkmi?

Qonşu ölkələrdəki soyuq hava Azərbaycana təsir edəcəkmi?Rusiyanın Fövqəladə Hallar Nazirliyi (FHN) Moskva və Moskvaətrafı vilayətlərdə hava şəraitinin bu gecə kəskin şəkildə aşağı düşməsi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Bu haqda nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilib:

“Anomal soyuqların isti iqlim normasından 15-18 dərəcə aşağı enəcəyi gözlənilir. Havanın temperaturu gecə 27-22, bəzi yerlərdə isə 32 dərəcə aşağı olacaq”.

FHN xüsusilə sürücülərə ehtiyatlı olmaqla bağlı müraciət edib.

Maraqlıdır, görəsən, qonşu ölkədə kəskin hava şəraitinin hökm sürməsi Azərbaycana təsir edəcəkmi?

Məsələ ilə bağlı Oxu.az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ( ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova yaxın iki gün ərzində hava şəraitində heç bir dəyişiklik olmayacağını deyib.

O bildirib ki, qonşu ölkədəki soyuqların Azərbaycana gəlmə ehtimalı yoxdur:

“Bildiyimiz kimi, artıq fevral ayının son günlərini yaşayırıq. Fevralın 28-i və martın 1-i Bakıda və Abşeron yarmadasında yağmursuz hava şəraiti üstünlük təşkil edəcək, gecə saatlarında bəzi yerlərdə mülayim şimal küləyinin arabir güclənəcəyi proqnozlaşdırılır.

Temperatur 7-9 dərəcə arasında dəyişəcək. Eləcə də, bu vəziyyət bölgələrimizdə də hökm sürəcək. Mart ayının 2-nə qədər yağmursuz hava şəraitinin müşahidə olunacağı və küləyin arabir güclənəcəyi gözlənilir. Lakin bəzi yerlərdə duman olacağı da istisna olunmur.

Temperatur Mərkəzi Aran rayonlarında 9-14, dağlıq ərazilərdə isə 4-9 dərəcə arasında dəyişəcək. Yəni, yaxın iki gün ərzində hava şəraitində mühüm dəyişikliyin olacağı gözlənilmir.

Qonşu Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Moskva şəhərində temperaturun kəskin şəkildə aşağı düşməsi ilə bağlı əhaliyə etdiyi xəbərdarlığı nəzərə alsaq, deyə bilərik ki, bunun Azərbaycana təsir etmə ehtimalı yoxdur”.

Mənbə: oxu.az

Comment here