ManşetMANŞETÜSTÜ

“Qarabağda müharibənin başlama ehtimalı artıb, Azərbaycan dayanmadan güclənir…” – Ermənistan müdafiə naziri Tonoyan xof içində

“Qarabağda müharibənin başlama ehtimalı artıb, Azərbaycan dayanmadan güclənir…” – Ermənistan müdafiə naziri Tonoyan xof içində

“Qarabağda müharibənin başlama ehtimalı artıb, Azərbaycan dayanmadan güclənir…” – Ermənistan müdafiə naziri Tonoyan xof içində

Ermənistanın müdafiə naziri David Tonoyan Dağlıq Qarabağ, Ermənistan-Azərbycan münaqişəsi, onun həlli yolları və digər məqamlarla bağlı barədə EADaily portalına geniş müsahibə verib.

Fakttv.com Avropa.info-ya istinadən xəbər verir ki, D.Tonoyan Qarabağ münaqişəsinin münasib hərbi şərtlər daxilində həllinə şərait yaradılmasının vacibliyindən danışıb.

“Burada “sülh” və “hərb şəraiti” bir-birinə əks olan fikri qeyd etmək olar. Soyuq müharibə dövründə deyilirdi ki, “raketlər müharibə üçün deyil, sülh üçün istehsal edilir”-deyə, erməni nazir bildirib.

“Bu gün Ermənistan Qarabağın (separatçı rejim oaln DQR nəzərdə tutulur-red) fiziki təhlükəsizliyinin təminatçısıdır. Odur ki, bundan irəli gələrək, silahlı qüvvələrimiz xarici siyasətin təşəbbüslərinə uyğun olaraq, Qarabağ münaqişəsinin həllində danışıqalar prosesini təmin etməyə çalışır və bunun üçün şərait yaradır. Azərbaycan açıq hərbi ritorika ilə danışdığından qarşı tərəfin hücumlarını dəf etmək üçün hazır olmalıyıq”, Tonoyan deyib.

Genişmiqyaslı hərbi əməliyyatların başlanması ilə bağlı məsələyə gəldikdə, erməni nazir deyib ki, Azərbaycan ordusu təkcə Dağlıq Qarabağ cəbhəsi boyu deyil, eyni zamanda, Ermənistanla sərhəd bölgəsində, xüsusən də Naxçıvan ərazisində də toplaşması müşahidə olunur.

“O baxımdan da Bakının danışıqlar prosesindəki tələbləri şəraitində genişmiqyaslı hərbi əməliyyatların başlaması ehtimalı böyükdür”-erməni nazir vurğulayıb.

Azərbaycan ordusunun Naxçıvan bölgəsindəki aktivləşməsindən ciddi narahatlıq keçirən erməni nazir bildirib ki, Naxçıvanda hər hansı hərbi cəhd (?-red) böyük bir böhrana gətirib çıxara, bu prosesdə digər regional oyunçular da iştirak edə bilər.

Azərbaycanın sonuncu hərbi paradından açıq narahatlıq keçirdiyini bəyan edən erməni nazir bildirib ki, həqiqətən də Bakıda keçirilən hərbi paradda nümayiş olunan hərbi arsenal erməni tərəfini bizi çox ciddi narahat edir: “Bizi daha çox sözügedən hərbi texnikanın nümayiş olunması deyil, daha çox onun necə əldə edilməsindən narahatıq. Rəsmi Bakı ölkədə həyat səviyyəsinin yüksəldilməsi ilə yanaşı, hücum silahlarının alınmasına da fikir verir”.

Ermənistanın müttəfiqlərinin Azərbaycana silah satmasından narahatlıq keçirən D. Tonoyan bu silahların mənbələrindən narahat olduqlarını bildirib: “Bu da Ermənistanın mövcudluğuna təhlükə yaradır. Bu, əslində, münaqişə tərəfiləri arasında hərbi balansın pozulması deməkdir.”

Erməni nazir Azərbaycan-Türkiyə hərbi alyansını Ermənistana ciddi təhlükə sayır: “Bu alyansın formalaşdırılması istiqamətindəki siyasət Ermənistanın milli təhlükəsizliynə yönəlib. Birmənalı olaraq demək olar ki, bu iki ölkə arasındakı əməkdaşlıq Ermənistana qarşıdır. Türkiyə  Azərbaycana hər mənada dəstək verir”.

Qeyd edək ki, Azərbaycan ordusunun həyata keçirdiyi aprel əməliyyatı və Naxçıvanda böyük bir ərazinin erməni işğalçılarından azad edilməsi rəsmi İrəvanı qorxuya salıb. Ermənistan müdafiə nazirinin bu açıqlamaları bunun sübutudur.

Tonoyanın müsahibəsindən görünürü ki, erməni tərəfini Azərbaycanın ordusunun keçirdiyi son hərbi parad həddindən artıq narahat edib. Bundan əlavə, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndinin azad edilməsi da rəsmi İrəvanı qorxuya salıb.

Mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib.  Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi , daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək  Dərələyəz mahalının Arpa  kəndi (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir.

Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza  nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 km yeni yol çəkilib, 50 km-dən artıq yararsız yollar isə bərpa edilib.

2016-cı ilin aprel döyüşlərindən sonra erməni tərəfi Azərbaycan ordusunun gücünü bir daha hiss edib. Bu döyüşlər Ermənistana bir daha sübut edib ki, Azərbaycan istənilən zaman öz ərazilərini işğaldan azad etmək gücündədir.

 

Comment here