Dünya

Qanunsuz yolla Türkiyəyə keçən köçmən avtobusu aşdı – VİDEO

Ədirnənin Lalepaşa rayonunda immiqrantları daşıyan mikroavtobus aşıb. 

Huquqaz.com xəbər verir ki, Sazlıdərə bölgəsində baş verən qəza nəticəsində 16 nəfər yaralanıb.

Bildirilib ki, təxminən 33 nəfərin olduğu mikroavtobusda qeyri-qanuni yollarla ölkəyə daxil olduqları təsbit edilən immiqrantların olduğu müəyyən edilib.

Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb, qəza ilə bağlı araşdırmalara başlanılıb.

Comment here