DünyaManşetMANŞETÜSTÜ

Qəddafinin milyardları bankda yoxa çıxdı

Qəddafinin milyardları bankda yoxa çıxdı

Qəddafinin milyardları bankda yoxa çıxdı

Belçikanin tanınmış banklarından birində Liviya dövlət fondlarına aid hesablardan 10 milyard avro pul silinib. 

Fakttv.com teleqraf.com-a istinadən xəbər verir ki, 16 milyard avro məbləğinə malik fondlardan 10 milyard avronun necə silindiyi məlum deyil.

Qeyd edək ki, Liviyanın daxili pullarının yoxa çıxması haqda xəbəri Belçikanın populyar “Le Vife” jurnalı bu ilin aprelində yayıb. Məlumata görə, Liviya İnvestisiya Korporasiyası və onun nəzdində fəaliyyət göstərən Xarici İnvestisiya Şirkətinin dörd hesabında olan 16 milyard avroluq aktivlər 2011-ci ildə dondurulub.

2017-ci ildə bəlli olub ki, bu hesablarda cəmi 5 milyard avro var. Ehtimal olunur ki, qalan vəsait 2013-2017-ci illərdə hesabdan silinib.

 

 

Brüssel bu hesabların dondurulmasına mane olmayıb. Belçika Prokurorluğu bank hesablarından maliyyənin yoxa çıxmasını araşdırmağa başlayıb, hətta yoxa çıxan 10 milyard avro ilə bağlı məhkəmə prosesi də başlanıb.

Belçika xarici işlər naziri Didier Reynders isə banklarda dondurulan Liviya hesablarından 10 milyard avronun yoxa çıxması haqda xəbərlərə inanmadığını bildirib.

Comment here