DünyaManşetMANŞETÜSTÜ

Putin savaşa hazırlaşır: Ehtiyat hərbçilər orduya çağırıldı

Putin savaşa hazırlaşır: Ehtiyat hərbçilər orduya çağırıldı

Putin savaşa hazırlaşır: Ehtiyat hərbçilər orduya çağırıldı

Rusiya Prezidenti Vladimir Putin ehtiyatda olan hərbçilərin təcili hərbi hazırlığa çağırılması barədə fərman imzalayıb.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın rəsmi agentliyi məlumat yayıb.

“Ehtiyatda olan Rusiya Federasiyası vətəndaşları hərbi təlim keçmək üçün hərbi xidmətə çağrılsın”, – Putinin imzaladığı fərmanda qeyd edilir.

Hərbi təlimin tarixi barədə məlumat verilməsə də, təlimin 2 aya qədər davam edəcəyi bildirilib. Hərbçilər Silahlı Qüvvələr, Dövlət Mühafizə Xidməti və xüsusi-xidmət orqanlarında təlim keçəcək.

Bəzi ekspertlər Putinin seçkilərdən dərhal sonra verdiyi bu qərarı “müharibəyə hazırlıq” və “daha aqressiv siyasətin görüntüsü” kimi dəyərləndiriblər.

Comment here