DünyaManşetMANŞETÜSTÜ

Putin Ramiz Mehdiyevə “Şərəf” ordeni verdi

Putin Ramiz Mehdiyevə “Şərəf” ordeni verdi

      

Foto – Kollaj
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Soçidə keçirilən təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin 9-cu beynəlxalq görüşü çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi “Şərəf” ordeni ilə təltif edib.

Bu barədə jurnalistlərə açıqlamasında TŞ-nin mətbuat xidmətinin rəhbəri Yevqeni Anoşin məlumat verib.

Anoşin bildirib ki, Nikolay Patruşev  Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri ilə görüşdə Ramiz Mehdiyevə Rusiya prezidentinin sərəncamına əsasən, “Şərəf” ordeni təqdim edib.

Paylas:Fakttv.com

Comment here