DünyaMANŞETÜSTÜ

Putin Kadırovun sözlərinə münasibət bildirdi

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun Myanmadakı vəziyyətlə bağlı çıxışı hakimiyyətə qarşı yönəlməyib.

Rusiya lideri bu barədə çərşənbə axşamı, sentyabrın 5-də, Çinin Syamen şəhərində BRİKS sammitinin yekunlarına həsr edilmiş mətbuat konfransı zamanı deyib.

Putin qeyd edib ki, hər bir rusiyalı ölkənin xarici siyasətinə ilə bağlı öz müstəqil fikrini  ifadə edə bilər.

“Region rəhbərlərinə qaldıqda isə, bu sözlərim onlara da aiddir. Mən sizi əmin edirəm ki, Çeçenistan rəhbərliyi bizə qarşı heç bir cəbhədə durmur”, – prezident bəyan edib.oxu.az

Comment here