ManşetMANŞETÜSTÜSiyasət

Putin idmançılarımızı təriflədi

Putin idmançılarımızı təriflədi

Putin idmançılarımızı təriflədiRusiya Prezidenti Vladimir Putin Bakıda keçirilən cüdo üzrə dünya çempionatında ölkəsinin yığması ilə Azərbaycan millisinin bürünc medal uğrunda görüşü barədə fikirlərini bölüşüb.

Fakttv.com tass-a istinadən xəbər verir ki, dövlət başçısı Rusiya kollektivinin üzvləri ilə görüşdə Azərbaycan millisini layiqli komanda adlandırıb. V.Putin “Sizin bürünc medal qazanmaq üçün şansınız var” desə də, rəqiblərinin çox layiqli komanda olduğunu vurğulamağı unutmayıb. Dövlət başçısı əmin olduğunu bildirib ki, Rusiya yığmasının hazırlıq səviyyəsi və görüşlərə köklənməsi rəqiblərindən heç nə ilə geri qalmır. Əksinə, onun fikrincə, komandanın səviyyəsi daha yüksəkdir.

Qeyd edək ki, bu gün keçiriləcək qarışıq komanda yarışında final görüşləri saat 16:00-da start götürəcək

Fakttv.com

Comment here