DünyaManşetMANŞETÜSTÜ

Putin Fələstin lideri ilə görüşdü

Putin Fələstin lideri ilə görüşdü

Putin Fələstin lideri ilə görüşdü

Rusiya Prezidenti Vladimir Putin Fələstin Prezidenti Mahmud Abbası Kremldə qəbul edib.

Fakttv.com axar.az-a istinadən xəbər verir ki, tərəflər iki ölkə arasındakı münasibətləri, Fələstin və ətraf ərazilərdə baş verən hadisələri, eləcə də regional məsələləri müzakirə ediblər:

Putin görüşdən əvvəl regionda vəziyyətin çox gərgin olduğunu söyləyib:

“Həm ikili münasibətlər, həm də bölgədəki vəziyyəti müzakirə etmək fürsətimiz olacaq. Bölgədəki digər ölkələrin liderləri və qonşularımızla olan əlaqələrimizlə bağlı sizə məlumat verməkdən məmnun olacağam”.

Mahmud Abbas İsrailin məskunlaşma planının Fələstin üçün çox böyük problem olduğunu deyib:

“İsrailin addımlarına qarşı durmaq üçün bütün imkanlarımızdan istifadə etməyə çalışırıq. ABŞ-la aramızdakı münasibətlər gərgin dönəmdən keçir. Səfirliyin Qüdsə köçürülməsi ilə əlaqədar ABŞ-la bütün rabitəmizi dayandırmışıq”.

Comment here