ManşetMANŞETÜSTÜSiyasət

Putin Azərbaycana səfərə gəlir

Putin Azərbaycana səfərə gəlir

Putin Azərbaycana səfərə gəlir

Rusiya prezidenti Vladimir Putin sentyabrın sonunda Azərbaycana səfər edəcək.

Fakttv.com Avropa.info-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti sentyabr-oktyabr aylarında Azərbaycan, Özbəkistan və Tacikstana işgüzar səfər edəcək.

Uşakov bildirib ki, Putinin Azərbaycana səfəri sentyabrın sonunda baş tutacaq.

Bundan sonra Putin sentyabrın 27-28-də Tacikstanın paytaxtı Düşənbədə keçiriləcək MDB dövlət başçılarının Zirvə toplantısında iştirak edəcək.

Oktyabrda isə Rusiya prezidenti Özbəkistana səfər edəcək.

 

Comment here