DünyaManşetMANŞETÜSTÜ

Putin ABŞ və müttəfiqlərinə qarşı sanksiya qərarını imzaladı

Putin ABŞ və müttəfiqlərinə qarşı sanksiya qərarını imzaladı

Putin ABŞ və müttəfiqlərinə qarşı sanksiya qərarını imzaladı

Rusiyanın prezidenti Vladimir Putin ABŞ və müttəfiqlərinin Rusiyaya tətbiq etdiyi sanksiyalara cavab tədbirləri qərarını imzalayıb.

Avropa.info Sputnik-ə istinadən xəbər verir ki, Putinin imzaladığı qərar əsasında Rusiyaya qarşı düşmən addımları atan hər hansı ölkə və ya şəxsə sanksiya tətbiq olunacaq.

Rusiya parlamentinin alt qanadı olan Dumadan may ayında keçən düzəlişin məqsədi isə, iqtisadi və siyasi sanksiyalara qarşı Rusiyanın suverenliyini qorumaqdır. Qərar iyunun 4-dən etibarən qüvvəyə minəcək.

Putinin qərarı ilə hökumət Rusiyada istehsal edilməyən mühüm əhəmiyyətli mallar ilə vətəndaşlar tərəfindən şəxsi istifadə üçün gətirilən malları əhatə etməyəcək şəkildə cavab tədbirləri görə biləcək.

Xatırladaq ki, Vaşinqton hökuməti aprelin 6-da Rusiyanın beynəlxalq sabitliyi pozduğunu iddia edərək, yeni sanksiyalar tətbiq etmişdi. Qərar çərçivəsində yüksək səviyyəli hökumət rəsmilərinə, millət vəkillərinə və böyük şirkət sahiblərinə sanksiya tətbiq olundu.

Comment here