DünyaManşetMANŞETÜSTÜ

Prezidentlər 5 rayonun qaytarılmasını müzakirə edəcək

Prezidentlər 5 rayonun qaytarılmasını müzakirə edəcək

Prezidentlər 5 rayonun qaytarılmasını müzakirə edəcək“Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün gedişatında beş rayonun qaytarılması məsələsi müzakirə olunacaq”.

Bu barədə Kremlin ideoloqu kimi tanınan “Beynəlxalq Avrasiya Hərəkatı”nın lideri Aleksandr Duqin Ermənistan mediasına açıqlamasında deyib.

Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi mətbuatda “Lavrov planı” adlandırılan Rusiyanın planı üzrə həll edilmiş ola bilər.

“Fikrimcə, prezidentlərin görüşünün indi keçirilməsi çox əhəmiyyətlidir. Çünki Ermənistan-Azərbaycan münasibətləri o vəziyyətə çatır ki, münaqişəni həll etmək mümkün olmayacaq. Hesab edirəm ki, prezidentlərin görüşündə Qarabağ ətrafındakı beş rayonun qaytarılması məsələsi müzakirə olunacaq. Lakin məsələ ondadır ki, Ermənistanın nəzarətində olan beş rayonun Azərbaycana qaytarılması həm erməni, həm rus, həm də Azərbaycan mediasına yanlış işıqlandırılır. Buna görə də Rusiya, Ermənistan və Azərbaycanda bu haqda danışmaq çətin olur. Misal üçün, Ermənistan mətbuatı bunun milli xəyanət hesab edir, Azərbaycan mətbuatı isə qələbə adlandırır. Rusiya mətbuatında isə heç kəs bu layihəyə ciddi diqqət ayırmır. Hesab edirəm ki, bu layihə çox yaxşı hazırlanıb, sadəcə olaraq, jurnalistlər bunu düzgün təqdim etməlidir”, – deyə Kremli ideoloqu qeyd edib.

Mənbə: publika.az

Comment here