GündəmİdmanMANŞETÜSTÜ

Prezidentin köməkçisi “Qarabağ”a qarşı haqsızlıqdan danışdı

Prezidentin köməkçisi “Qarabağ”a qarşı haqsızlıqdan danışdı

Prezidentin köməkçisi "Qarabağ"a qarşı haqsızlıqdan danışdıAzərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov dünən keçirilən “Qarabağ”-“Atletiko Madrid” oyununda hakimin yol verdiyi səhvləri tənqid edib.

N.Məmmədov feysbuk səhifəsində yazıb: “Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını – “Qarabağ” klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandaya isə penalti və digər pozuntulara göz yumuldu. Siyasətdə baş verənlər idmanda da təkrar olunur”.

Qeyd edək ki, dünən baş tutan “Qarabağ”-“Atletiko Madrid” oyunu heç-heçə ilə nəticələnib.

Mənbə: publika.az

Comment here