ManşetMANŞETÜSTÜ

Prezident qalmaqallı icra başçısını işdən çıxardı – Sərəncam

Prezident qalmaqallı icra başçısını işdən çıxardı – Sərəncam

Prezident qalmaqallı icra başçısını işdən çıxardı – Sərəncam

Bu gün prezident İlham Əliyev Bakının Binəqədi rayonunun icra hakimiyyəti başçısı Xaləddin İsgəndərovun işdən azad edilməsinə dair sərəncam imzalayıb. Avropa.info xəbər verir ki, sərəncam prezidentin rəsmi saytında yerləşdirilib.

Xaləddin İsgəndərov keçmiş vergilər naziri Fazil Məmmədovun qohumu idi və Bakı rayonlarının ən çox tənqid edilən icra başçılarından biri idi. Çoxdandır onun işdən azad ediləcəyi haqda xəbərlər yayılırdı.

Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Xaləddin İsgəndərov 2012-ci ilin aprelindən Bakının Binəqədi rayonunun icra başçısı işləyib.

Comment here