GündəmMANŞETÜSTÜ

PRESS-RELİZ

PRESS-RELİZ

 

 

“Gəncliyə dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi“Radikal dini cərəyanlarla mübarizədə dini icmaların fəaliyyətinin gücləndirilməsi məqsədilə tədbirlərin təşkili” layihəsinin icra planına müvafiq olaraq 24 avqust 2018-ci il tarixdə saat 10:00-da Zərdab rayon Qaravəlli kənd məscidi icması ilə kənd mədəniyyət evində, saat 11:30-da Zərdab rayon İsaqbağı kənd məscidinin dini icması ilə kənd tam orta məktəbin binasında görüşlər baş tutdu. Ümumilikdə tədbirlərdə 30-a yaxın dini icma nümayəndəsi iştirak etdi. Tədbirdə layihə rəhbəri, “Gəncliyə dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov və təlimçi Babək Mikayılov dini icmaların radikal cərəyanlarla mübarizədə fəaliyyətinin gücləndirilməsi məqsədilə onlara radikal dini qrupların ideoloji əsasları və mənfi təzahürləri barədə məlumatlar verdilər və onlara radikal cərəyanlara qarşı mübarizədə dörd praktik metoddan – maarifləndirici, preventiv, profilaktik və inzibati metoddan nece istifadə etmələri öyrədildi. Tədbir interaktiv metodla davam etdirildi. Tədbirlərdə icma nümayəndələri çıxış etdilər. Tədbirdə iştirakçılara təlim materialları və bukletlər paylanıldı.

Fakttv.com

Comment here