ManşetMANŞETÜSTÜ

PRESS RELİZ “Məktəblilərarası I İntellektual Çempionat – Samux” layihəsi həyata keçirildi -FOTOLAR

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Məktəblilərarası I İntellektual Çempionat – Samux” layihəsi uğurla yekunlaşdı. Layihə rəhbəri Samux rayonu Sərkar kənd tam orta məktəbinin tarix fənni müəlliməsi Günel Əhmədovanın sözlərinə görə layihənin keçirilməsində əsas məqsəd şagirdlərin intellektual inkişafına dəstək olmaq, elmə marağının artırmaq, onların asudə vaxtlarının təhsil yönümlü və səmərəli təşkil etmək, intellektli məktəblilərin aşkarlanaraq həvəsləndirilməsidir. Layihədə 6, 7, 8-ci sinif şagirdləri müxtəlif günlərdə “nə, harada, nə zaman” intellektual oyun formatında öz biliklərini sınadılar. 6-cı siniflər arasından Samux şəhər 1 saylı məktəb-liseyini təmsil edən “Atilla” komandası, 7-ci siniflər üzrə İnstitut qəsəbə tam orta məktəbini təmsil edən “Zəfər” komandası, 8-ci sinif şagirdlər arasında gərgin keçən bilik mübarizəsinin sonunda isə Samux şəhər 2 saylı tam orta məktəbi təmsil edən “Lider” komandası qalib oldu.

Qalib komandalar müəyyən olunduqdan sonra layihənin rəsmi bağlanış və təltifetmə mərasimi keçirildi. Ümumilikdə 8 məktəbdən 24 komandada 120 şagird layihənin iştirakçısı oldu. Qalib komandalara kubok və medallar, bütün iştirakçılara isə şəhadətnamələr təqdim olundu.

Layihənin təşkilatı dəstəyi “Odlar Yurdu” Gənclər İctimai Birliyi idi.


 

Comment here