ManşetMANŞETÜSTÜ

Polislərimiz qəzaya düşdü

Polislərimiz qəzaya düşdü

Polislərimiz qəzaya düşdüAğsu rayonunda polis əməkdaşlarının xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə Ağsu şəhərinin mərkəzində, “Şlanba” adlanan ərazidəki işıqforda qeydə alınıb.

Ağsu rayon Polis Şöbəsinin Post Patrul Bölməsinin “Fiat Double” markalı xidməti avtomobili qarşı tərəfdən gələn “VAZ 2109” markalı avtomobillə toqquşub. Hadisə zamanı post patrul bölməsinin əməkdaşları, polis serjantları – Ağsu rayonu Qaraqaşlı kənd sakini, 1971-ci il təvəllüdlü İmanov Eyvaz İslah oğlu və Ağsu şəhəri 8-ci məhəllənin sakini, 1984-cü il təvəllüdlü Nəbiyev Fərid Mətləb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA

Comment here