ManşetMANŞETÜSTÜ

Polis Sumqayıt və Balakəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçirib

Polis Sumqayıt və Balakəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçirib

Polis Sumqayıt və Balakəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçirib

Sumqayıt və Balakəndə polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçirilib.

DİN Mətbuat Xidmətindən Avropa.info-ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Quliyevdən 460 qram marixuana götürülüb.

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Hənifə kənd sakini Ülviyyə Məmmədovaya məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 235 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.

Comment here