DünyaManşetMANŞETÜSTÜ

PKK-nın bir nömrəli bazası olan Qəndilin terrorçulardan azad edilməsi an məsələsidir – Türkiyə ordusundan İraqda möhtəşəm əməliyyat

“Qəndil bizim üçün artıq uzaq bir hədəf deyil.”

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə Daxili İşlər naziri Süleyman Soylu ölkəsinin İraqda PKK terror təşkilatına qarşı keçirdiyi əməliyyatlara münasibət bildirərkən deyib.

“Şimali İraq bölgəsində Hakurk xəttində bir çox  yer ələ keçirildi. Millətimiz “Qəndil necə olacaq” deyə düşünməsin. Qəndilin təmizlənməsi an məsələsidir.

Qeyd edək ki, İraqın şimalında yerləşən Qəndil dağı PKK terror təşkilatının bir nömrəli bazası sayılır. PKK-nın dünyanın istənilən bölgəsində həyata keçirdiyi terror aktlarının Qəndildən idarə olunduğu bildirilir. Həmçinin, terror təşkilatının liderlərinin də Qəndildə məskunlaşdıqları qeyd olunur. Türkiyə 10 illərdir Qəndildə PKK-nın mövqelərini bombalasa da, ilk dəfədir ki, quru qoşunlarla əməliyyat həyata keçirir.

Siyasi şərhçilərin fikirincə, böyük güclər illərlə Türkiyəyə Qəndildə PKK-ya qarşı hərbi əməliyyat həyata keçirməyə imkan verməyiblər. Lakin, artıq vəziyyət dəyişib. Afrin əməliyyatı sübut etdi ki, Türkiyənin bu məsələlərdə güzəşt limiti bitib.

Comment here