ManşetMANŞETÜSTÜ

Piyadaları vurub qaçan sürücülər tapıldı

Piyadaları vurub qaçan sürücülər tapıldı

Piyadaları vurub qaçan sürücülər tapıldı

İyunun 1-də Xırdalan şəhər sakini E.Teymurovun avtomobillə vurulması nəticəsində xəstəxanaya gətirilməsi barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla yeniyetmənin saat 13 radələrində şəhər ərazisində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu məlum olub. Xəstəxanada ona ilkin tibbi yardım göstərilərək buraxılıb.​Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə hadisənin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Cəbrayıl rayon sakini Orxan Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə mayın 30-da Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Ədilə Qasımovanın xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Xaliq Qasımov da saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Comment here