DünyaManşetMANŞETÜSTÜ

Pişiyə görə həyat yoldaşını öldürdü – Dəhşətli hadisə

Pişiyə görə həyat yoldaşını öldürdü – Dəhşətli hadisə

Pişiyə görə həyat yoldaşını öldürdü - Dəhşətli hadisəABŞ-ın Texas əyalətində yaşayan bir qadın mübahisə zamanı evin pişiyini döyən həyat yoldaşını öldürdüyünü etiraf edib.

47 yaşlı Marry Harrison dedektivlərə 49 yaşlı həyat yoldaşı Dexter Harrisonu şənbə günü evlərində çıxan bir mübahisədə silahla vurub öldürdüyünü bildirib.
Cütlüyün qonşusu pişiyin ötən günlərdə itdiyini və ətrafa itkin elanları asdıqlarını bildirib. Daha sonra pişik evə dönüb. Cinayətlə günahlandırılan Mary Harrison həbs olunub.

Xəstəxanaya yerləşdirilən həyat yoldaşının isə həyatını itirdiyi bildirilib. Qonşular cütlüyün iki oğlunun olduğunu və həmin bölgəyə bir neçə ay köçdüyünü deyiblər.

metbuat.az

Comment here