ManşetMANŞETÜSTÜ

Paşinyan: “Putin məni İlham Əliyevlə tanış etdi”

Paşinyan: “Putin məni İlham Əliyevlə tanış etdi”

Paşinyan: “Putin məni İlham Əliyevlə tanış etdi”

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə tanış olub.

Fakttv.com virtualaz.org-a istinadən xəbər verir ki, bunu N.Paşinyan “Facebook” profilində dərc etdiyi video müraciətində bildirib.

“Rusiya Prezidenti Vladimir Putin məni Azərbaycan Prezidenti İlham Əliyevlə tanış etdi“, — Paşinyan deyib.

Onun sözlərinə görə, bu nəsə “tanışlıq mərasimi” kimi idi — heç bir ünsiyyət, danışıq, müzakirələr və ya başqa bir şey olmayıb.

Rusiya KİV-i isə yazıb ki, Nikol Paşinyan ikigünlük səfərlə Moskvada olub və birbaşa yayımdan  sonra Yerevana uçuşa hazırlaşmağa başlayıb.

Virtualaz.org

Comment here