Cəmiyyət

Partiya sədri: “Özəlləşdirmə çekləri bərpa olunmalı, dövlət vətəndaşlara çatmalı olan payı geri verməlidır”

Bir müddətdir ki, 1996-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən imzalanan fərmana əsasən,  1997-ci ildə anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilən özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması məsələsi aktuallaşıb. Qeyd edək ki, özəlləşdirmə çeklərinə sahib vətəndaşların bir sıra hüquqları var idi. Bunlardan biri də özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququnun qanunla təmin olunmasıdır. Lakin bu gün həmin  vətəndaşlar  öz hüquqlarından istifadə edə bilmirlər. Bəs görəsən, əlində özəlləşdirmə çeki qalan vətəndaşların hüquqlarının bərpası nə qazandıracaq?

Mövzu ilə bağlı Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib ki, hüququ pozulan vətəndaşlara dövlət dəstəyinin verilməsi ölkənin daha da güclənməsinə yol açacaq:“

image-img_20211201_124705

Təəssüf ki, özəlləşdirmə prosesi həysta keçiriləndə çox böyük ədalətsizliklər oldu. Nəticədə Azərbaycan əhalisinin əksəriyyəti özəlləşdirmə çeki alsa da, bu paydan səmərəli istifadə edə bilmədi. Hakimiyyətin yuxarı dairələrində olan şəxslər inzibati metodlardan istifadə etməklə, özəlləşdirməni öz xeyirlərinə həll etdilər. Digər tərəfdən isə əhali maarriflənmə cəhətdən tam təmin olunmadığı üçün informasiyasız qaldı və hüquqlarının tapdanmasına səssizlik nümayiş etdirdi. Ona görə də Azərbaycanın bütün malı, mülkü xırda bir qrupun əlində cəmləşdi və əhali heç nə qazanmadı. Heyf ki, zaman keçdikcə bu məsələ unuduldu və arxa plana keçdi. Son günlər özəlləşdirmə çekləri ilə bağlı məsələ yenidən aktivləşib, vətəndaşların narazılıqları və ya müəyyən çağırışların edilməsinə rast gəlinir.

Unutmaq olmaz ki, dövlətin güclü olması üçün vətəndaş güclü olmalıdır. İnsanlarımıza qiymət verilməsə və onların haqqı qorunmasa, ölkə inkişaf edə bilməz. Çünki vətəndaş zəifdir. Bu baxımdan çeklərlə bağlı dövlət konkret addım atmalıdır. Bu gün özəlləşdirmə çekləri su qiymətinədir. Dövlət bununla bağlı addım ataraq, insanlara çatmalı olan payı geri verməlidir”.

Qeyd edək ki, əlində özəlləşdirmə çekləri qalan vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Nazirlər Kabineti və Prezident Administrasiyasına AÇIQ MƏKTUB ünvanlayıb. Müraciətlə aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/permalink/1495607760802196/

TvPress.Az

Comment here