DünyaManşetMANŞETÜSTÜ

Parisdə iğtişaş: Kafelər yandırıldı, polis hərəkətə keçdi

Parisdə iğtişaş: Kafelər yandırıldı, polis hərəkətə keçdi

Parisdə iğtişaş: Kafelər yandırıldı, polis hərəkətə keçdi

Fransanın paytaxtı Parisdə baş tutan 1 may aksiyası zamanı polislə nümayişçilər arasında qarşıdurma yaşanıb.

Bastiliya meydanından başlayan aksiya əvvəlcə dinc şəraitdə keçsə də, sonradan tərəflər arasında ciddi gərginlik baş verib.

Belə ki, aksiya zamanı bir neçə provokator restoran və kafelərə hücum çəkərək, şüşələri sındırıblar.

Olayda bir neçə maşının da yandırıldığı deyilib.

Məlumata görə, polis əvvəlcə aksiyaya müdaxilə etməsə də, sonradan nümayişçilərə qarşı gözyaşardıcı qazdan və su şırnağından istifadə etməyə məcbur olub.

axar.az

Comment here