ManşetMANŞETÜSTÜ

Paltaryuyan maşında narkotik gizlədən İsmayıllı sakini tutulub

Paltaryuyan maşında narkotik gizlədən İsmayıllı sakini tutulub

Paltaryuyan maşında narkotik gizlədən İsmayıllı sakini tutulub

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanaraq, qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, aprelin 20-də İsmayıllı RPŞ-nin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Zərnava kənd sakini Hikmət Abdurəhimov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə olan paltaryuyan maşından 662 qram qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

APA

Comment here