ManşetMANŞETÜSTÜ

Pərviz Bülbülənin yaxını “Lotu” Qulinin “Skype”la qatıldığı toyda iştirakından danışdı –

Pərviz Bülbülənin yaxını “Lotu” Qulinin “Skype”la qatıldığı toyda iştirakından danışdı -VİDEO

Pərviz Bülbülənin yaxını "Lotu" Qulinin "Skype"la qatıldığı toyda iştirakından danışdı -VİDEODünən Moskva şəhərində ‘bir neçə gün əvvəl azadlığa buraxılan “qanuni oğru” “Lotu Quli”yə yaxın olan kriminal avtoritetin toy məclisi olub. “Lotu Quli” toya ”Skype” vasitəsilə qoşulub. O, bəyi təbrik edib, sonra isə həbsdə olarkən onun ad gününə hərs olunmuş ”Ad günü” mahnısını sifariş verib.

“Ad günü” mahnısının sonunda isə tanınmış meyxanaçı Pərviz Bülbülənin səsi eşidilib. O da mahnı oxumağa başlayıb. Məsələ ilə bağlı BiG.Az-a danışan meyxanaçının yaxın adamı sözügedən Pərviz Bülbülənin toyda iştirakını danıb: “Pərviz mahnı oxumayıb. Sosial şəbəkələrdə yayılan videodan xəbərsizəm. O Moskvadadır, ayın 31-i Moskvada konsert verəcək. Onun hazırlıqları üçün öncədən gedib. Noyabr ayının 1-2-si ökəyə qayıdacaq”.

Xatırladaq ki, “Lotu” Qulinin “Skype” vasitəsilə qatıldığı toy məclisi də Moskva şəhərində baş tutub.

Comment here