ManşetMANŞETÜSTÜ

“Otağıma soxulub mənə təcavüz etdi” – Məşhur aktrisa – FOTO

“Otağıma soxulub mənə təcavüz etdi” – Məşhur aktrisa – FOTO

"Otağıma soxulub mənə təcavüz etdi" - Məşhur aktrisa - FOTOO iyrənc, qorxulu anları hələ də unuda bilmirəm. Həyatım çox pis dəyişdi.

43 yaşlı norveçli aktrisa və model Natasiya Maltın dediyinə görə, ABŞ-dakı “Miramax” studiyasının artıq sabiq sahibi, dünyanın ən məşhur prodüserlərindən biri Harvi Vaynşteynin təcavüz etdiyi aktrisalardan biri də odur.

FAKTTV milli.az-a istinadən bildirir ki 2008-ci ildə, Londondakı “Sanderson” otelində BAFTA mükafatlarının təqdimat mərasimində H.Vaynşteyn ona yaxınlaşıb, qucaqlayaraq opüb.

“Axşam saatlarında isə oteldəki otağımın qapısı döyüldü. Qapını açdım, Vaynşteyndi. O, məni içəri itələdi, otağa soxuldu. Mənə təcavüz etdi. Qışqırdım, ağladım, amma… Ertəsi gün isə o, mənə zəng vurdu və “gəl, üçümüz əylənək” dedi”, – N.Malt deyib.

H.Vaynşteyn həmin BAFTA mərasiminə iki ay öncə evləndiyi xanımı Corcina Çepmenlə qatılmışdı.

N.Maltın dediyinə görə, H.Vaynşteynin studiyasının çəkdiyi “Nine” filminin çəkilişlərini yarımçıq tərk etməsinin səbəbi də oteldə zorlanması olub.

Norveçli N.Malt amerikalı H.Vaynşteyni təcavüzdə suçlayaraq onu məhkəməyə verən 9-cu aktrisadır.

“Bunu deməyə utanıram. Lakin deyirəm. 3 yaşlı oğluma, həyatıma, ləyaqətimə görə”, – N.Malt keçirdiyi mətbuat konfransında deyib.

Comment here