Gündəm

Ondan boşanmaq istəyən arvadını və qayınanasını bıçaqladı-DƏHŞƏT

Daşkəsəndə bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bayan kəndində baş verib.

Kənd sakini Cəfərova Şücayət və onun qızı 1994-cü il təvəllüdlü Cəfərova Əfsanə bıçaq yaraları ilə xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib.

Vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, Bayan kənd sakini 1995-ci il təvəllüdlü Cəfərov Emin Kamil oğlu həyat yoldaşı Əfsanə Cəfərovanı döydüyünə görə qadın anasının evinə gedib. Anası Şücayət Cəfərova qızı ilə polisə şikayət edib və Ə. Cəfərovanın boşanmaq istədiyini deyiblər. Polis əməkdaşları  E. Cəfərovu şöbəyə çağıraraq ondan izahat alıblar. Oradan çıxan kimi E. Cəfərov boşanmaq istəyən həyat yoldaşını və qayınanasını bıçaqlayıb. Emin Cəfərov polis tərəfindən saxlanılıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Comment here