DünyaMANŞETÜSTÜ

Ölüm döşəyində olan qadının son arzusu yerinə yetirildi – FOTO

Ölüm döşəyində olan qadının son arzusu yerinə yetirildi – FOTO

Ölüm döşəyində olan qadının son arzusu yerinə yetirildi - FOTOÖlüm döşəyində olan yaşlı qadının okeanı seyr edərkən çəkilən fotosu sosial şəbəkədə böyük rezonansa səbəb olub.

FAKTTV ölkə.az-a istinadən xəbər verir ki, Avstraliyanın Kuinslend əyalətində təcili tibbi yardım personalı okeanı görmək istəyən xəstənin son arzusunu yerinə yetirib.

Hervey çimərliyində maşından endirilərək okeanı seyr edən və dəniz suyunun dadına baxan qadın “Hüzur içindəyəm” dedi və bir müddət sonra xəstəxanaya aparılanda yoldaca keçindi.

Təcili tibbi yardım işçisi Greym Kuper deyib: “Həyatının sonuna çatan bir insana qulluq etmək, onunla maraqlanmaq çox özəl bir hissdir. Çox güclü, çox təsirli bir təcrübədir”.

Comment here