MANŞETÜSTÜ

“Nümayəndəlik institutunun tam ləğv edilməsi ciddi fəsadlara səbəb olacaq”-Vəkil Adəm Məmmədov

“Nümayəndəlik institutunun tam ləğv edilməsi ciddi fəsadlara səbəb olacaq”-Vəkil Adəm Məmmədov

60.jpg Nümayəndəlik institutunun ləğvi ilə bağlı son günlər böyük bir ictimai müzakirələr aparılır.

Tanınmış vəkil Adəm Məmmədov bu məsələyə öz fikirin bildirmiş və təkliflər irəli sürmüşdü.

Nümayəndəlik institutunun ləğvi ilə bağlı AR Milli Məclisinə 2 təklif irəli sürülüb. 1-ci nümayəndəlik tamamilə ləğv edilir, amma hüquqi şəxs yaradıb bu fəaliyyət məşğul ola bilmək. Bu təklif qəbul olunmasa, ikinci variant kimi yalnız hüquq təhsili olan şəxslərin nümayəndəlik edə bilməsi nəzərdə tutulmuşdur ki, elə ən yaxşısıda budur. Hazırda Rusiya Fedarasiyasında nümayəndə qismində yalnız hüquqşunas olması ilə bağlı qanunun qəbul edilməsi mərhələsindədir. Nümayəndəlik institutunun tam ləğv edilməsi ciddi fəsadlara səbəb olacaq. Belə ki, məhkəmələrdə ki, mülki və inzibati işlərin 90 faizinə nümayəndələr çıxır.
Bir vəkil kimi nümayəndəlik institutunun tam ləğv edilməsinin əleyhinəyəm və yalnız hüquqşunasların nümayəndə ola bilməsi isə ən ideal variantdır. Bəzi həmkarlarıma tövsiyyə edirəm ki, gələcəkdə süni şəkildə icraatlarında olan işlərin artmasına çoxda sevinməsinlər. Hüquqi xidmətinin kefiyyətini artırmağa üstünlük versələr daha yaxşı olar.

Comment here