DünyaGündəmManşetMANŞETÜSTÜ

Novruz Məmmədov Astanaya gedir

Novruz Məmmədov Astanaya gedir

Azərbaycan baş naziri Novruz Məmmədov MDB hökumət başçılarının noyabrın 2-də Astanada keçiriləcək iclasında iştirak edəcək.

Bu barədə Oxu.Az-a diplomatik mənbələrdən məlumat verilib.

Qazaxıstan KİV-in məlumatına əsasən, iclasda MDB hökumət başçıları ticarət və iqtisadi əməkdaşlığın gələcək inkişafının aktual məsələlərini, eləcə də mədəniyyət və maliyyə sahələrində qarşılıqlı fəaliyyətləri müzakirə edəcəklər.

İclasın sonunda nüvə qəzası vəziyyətində hazırlığın təmin edilməsi, vergi inzibatçılığı sahəsində əməkdaşlığın inkişafı, kosmik məkanın dinc məqsədlərlə tədqiqi və istifadəsi sahəsində birgə fəaliyyətin həyata keçirilməsi, mobil rabitə sistemlərinin inkişafı və istifadəsi sahəsində əməkdaşlıqla bağlı bəzi beynəlxalq razılaşmaların imzalanması gözlənilir.

Comment here