CəmiyyətMANŞETÜSTÜ

Növbəti vəkillər kollegiyasının üzvündən “Makler” ifadəsini işlədən jurnalistə etiraz

Növbəti vəkillər kollegiyasının üzvündən “Makler” ifadəsini işlədən jurnalistə etiraz

 

 

Fakttv.com xəbər verir ki, vəkil Babək Həmidov bu barədə öz facebook səhfəsində yazib.

Digərlərinin haqqımda düşündükləri mənim üçün önəmli olmayıb, şəxsim üçün önəmli olan şəxsiyyətinə önəm və dəyər verdiyim, əziz bildiyim şəxslərin haqqımda nə düşündükləridir. Zatən “el-aləm nə deyər..?” deyimi ilə yaşamaq fikrimcə azadlığın yox, köləliliyin xüsusiyyətidir. Lakin, bu şəxsimə olan münasibətimdir, peşəmə – Vəkilliyə olan münasibətə bu düşüncə ilə yanaşmıram. Ona görə də heç bir faktiki və hüquqi əsası olmadan 1503 Vəkil haqqında “Makler” ifadəsini işlədən jurnalistin haqsız mövqeyinə
Vəkil kimi münasibət bildirməli olduğumu düşünürəm.

Hər zaman peşə fəaliyyətimi illərlə Vəkillik haqqında ictimaiyyətdə haqlı-haqsız yaranan mənfi fikirlərin aradan qaldırılmasına, Vəkilin ictimaiyyətdə nüfuzunun artırılmasına xidmət edəcək şəkildə qurmuşam. Öz Vəkillik fəaliyyətini bu Dürüstlük, Qanunilik, Vicdanlılıq prinsipləri üzərində quran Vəkillər hər zaman olub, lakin 3-5 il əvvəl belə Vəkillərin sayı onlarla idisə, hazırda yüzlərlə belə Vəkillər var. Bu, fəaliyyəti 1 ili tamamlamayan, Vəkillər tərəfindən seçilən Vəkillər Kollegiyasının rəhbərliyinin islahatlarının bariz nəticəsidir.

Bugün ölkəmizdə Dövlət və cəmiyyət tərəfindən Korrupsiyaya qarşı, İnsan haqqları naminə, Ədalət Mühakiməsinin səmərəli, vicdanlı, dürüst, qanuni həyata keçirilməsi uğrunda mübarizə, islahat varsa daim ön cəbhədə olan peşə sahibləri Vəkillərdir. İnsanlar özlərinin ən çətin, çarəsiz anlarında üz tutduqları qapı Vəkil Bürolarıdır. Saatı 2 manata Dövlət hesabına cinayət işinə çıxan Vəkil tanıyıram ayaqyalın məhbusun ayaqlarına soyuq olmasın deyə məhkəmə zalında öz corablarını məhbusa soyunub verib, ayaqqabı alıb verib. Digəri müdafiə etdiyi şəxsin aylar sonra öz azyaşlı övladları ilə telefon əlaqəsi saxlasın, görüşsün deyə, “mümkün deyil” deyilən bir işdə bunu tamamilə təmənnasız olaraq aylarla çalışaraq öz biliyi, bacarığı, əlaqləri hesabına qanuni həllinə nail olsun və s. bu kimi həyatın içindən örnəklər yüzlərlədir.

Heç kəs həbsdən sığortalanmayıb, cinayət ehtiyatsızlıqdan, yəni siz istəmədən, nəticələrini arzu etmədən də baş verə bilər və siz bir anda təqsirləndirilən şəxs statusunda ola bilərsiz, bax o zaman sizi müdafiə üçün gələcək, seçəcəyiniz Vəkil, siz bütün Vəkilləri təhqir etsəz də, onları “Makler” “Dələduz” “Paykavoy” adlandırsaz da sizi Qanunauyğun, Dürüst və Vicdanlı müdafiə etməyə məcburdur. Ona görə yox ki, sizin söyüşləriniz onu qorxudub və ya İctimai fiqursuz, yaxud da ki, Vəkilə yaxşı Qonarar veribsiz. Ona görə ki, Qanuni, Dürüst və Vicdanlı müdafiə Vəkilin peşə borcudur və bunu həyata keçirməyəcəyi təqdirdə Qanunla cəzalandırıla bilər.

Fakttv.com

Comment here