DünyaManşetMANŞETÜSTÜ

Nikol Paşinyan baş nazir seçildi – Canlı yayım

Nikol Paşinyan baş nazir seçildi – Canlı yayım

Nikol Paşinyan baş nazir seçildi – Canlı yayım

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan mayın 8-i parlamentdə baş nazir seçilib. Avropa.info erməni mətbuatına istinadən xəbər verir ki, o, yeganə namizəd olub və 59 nəfərin səsini qazanıb. 42 nəfər onun əleyhinə səs verib.

Qeyd edək ki, mayın 1-də keçirilən səsvermədə 45 deputat Paşinyanın lehinə səsə vermişdi.

İndi baş nazir prezident sərəncamı ilə təyin olunmalıdır.

***
12:14
Bu gün Ermənistan parlamenti yeni baş nazir seçkilərinin ikinci turunu keçirir.
Avropa.info erməni mətbuatına istinadən xəbər verir ki, baş nazir postuna yeganə namizəd Nikol Paşinyandır.
“Yelk” (“Çıxış”) partiyasının lideri Nikol Paşinyan tərəfdarlarını meydana çağırıb. Aksiya iştirakçıları hazırda Ermənistan parlamentinin ətrafına və meydana toplaşıblar. Nəticədə İrəvanın mərkəz hissəsində avtomobillərin hərəkətində  məhdudiyyətlər yaranıb.
Ermənistan prezidenti Armen Sarkisyan mətbuat verdiyi açıqlamasında Paşinyanla işləməyə hazır olduğunu bildirib.

Comment here