ManşetMANŞETÜSTÜ

Neft Fondundan bərbad göstərici

Neft Fondundan bərbad göstərici

Neft Fondundan bərbad göstərici

Azərbaycan Dövlət Neft Fondunun investisiya portfelinin ötən ilin yekunlarına görə zəif idarə olunduğu üzə çıxıb. Qızıla sərmayələr istisna olmaqla, fondun investisiya portfeli ötən ilin, yəni 2017-ci ilin yekununa əsasən, 1,88%lik gəlirlilik dərəcəsi göstərib.

Fakttv.com Avropa.infoya istinadən xəbər verir ki, bu barədə məlumat isə ARDNF-in 2017-ci il üzrə investisiya fəaliyyətinin yekunları ilə bağlı hesabatında öz əksini tapıb. Hesabata əsasən, fondun gəlirlilik payında istiqraz və pul bazarı alətlərinin payı 0.65%, daşınmaz əmlak 0.22%, səhmlər isə 1.01%-dir. Ümumi portfeldə isə səhmlərin xüsusi çəkisi 2017-ci ildə 2.7 faiz artım göstərib. Yəni, 12.2%-dən 14.9%-ə yüksəlib. Amma nəzərə almaq lazımdır ki, dünyanın digər suveren fondları ilə müqayisədə Azərbaycan Dövlət Neft Fondunun investisiya portfeli kifayət qədər zəif idarə olunur.

Qərb dövlətlərinə müraciət etsək, bu rəqəmlər ortaya çıxar: Norveçin Neft Fondu ötən il, yəni 2017-ci ildə 9.83% gəlirlilik əldə edib. Amma Norveçin bu fondunun orta gəlirliliyi 1998-ci ildən 6% təşkil edib. 2017-ci ildən danışmışkən, qeyd etmək yerinə düşər ki, ötən il ərzində dünyanın əsas fond birjalarında da yüskək artım tempi müşahidə edilib. Məsələn, ABŞ-ın əsas fond birjası indeksi – “Dow Jones” il ərzində 25%, Almaniyanın DAX indeksi 13%, İngiltərənin FTSE indeksi 8%, Yaponiyanın “Nikkei” indeksi isə 20% artım göstərib. Lakin, ARDNF-in səhmlərdən əldə etdiyi gəlirlilik həddindən artıq aşağı olub. Bu indekslərə daxil olan şirkətlərdən də nümunələr çəkmək olar. Texnologiya nəhəngi “Apple”-ın səhmləri ötən ildə 48%, İngiltərənin lüks avtomobil istehsalçısı “Rolls-Royce”-un səhmləri 26.3%, “Lufthansa” avia şirkətinin səhmləri 150%, yapon texnologiya imperiyası “Sony” şirkətinin səhmləri də 59% bahalaşıb. Yuxarıda adları çəkilən şirkətlərin bununla yanaşı kredit reytinqləri də yüksək nəticə göstərib.

Bu isə ARDNF-in mühafizəkar strategiyasına tam uyğundur. Statistik rəqəmlərə baxsaq, məlum olur ki, Neft Fondunun 2018-ci ilin əvvəlində investisiya portfeli 31.890 milyon dollar olub. Nəzərə alaq ki, bu rəqəmlərdə qızıl istisna edilir. Fondun 2017-ci il üçün isə istiqrazlardan 0.85%, səhmlərdən 6.78%, daşınmaz əmlakdan isə 4.15% gəlirlilik dərəcəsi qeydə alınıb. 2018-ci il üçün səhm bazarında proqnozlaşdırılan yeniliklər Fondun gəlirlərinin artmasına səbəb ola bilər. Çünki proqnozlara əsasən, cari ildə səhm bazarında yumşaq azalma istiqrazların faiz dərəcələrində isə artım gözlənilir. ARDNF-in səhm portfelində zərər, istiqraz portfelinin 32%-inin 1 ilə qədər aktivlərdə olması yuxarı faizlə sərmayə yatırmağa imkan yaradacaq. Deməli, Azərbaycan Dövlət Neft Fondu 2018-ci ildə 2017-ci il ilə müqayisədə daha yüskək gəlir əldə edə bilər.

Comment here