CəmiyyətManşetMANŞETÜSTÜ

Nazirlikdən “Müəllimlər Günü” AÇIQLAMASI: “Pul yığsalar…”

Nazirlikdən “Müəllimlər Günü” AÇIQLAMASI: “Pul yığsalar…”

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrində pul yığılması halları olarsa valideynlər Təhsil Nazirliyinin “146” qaynar xəttinə müraciət edə bilərlər.
Fakttv.com xəbər verir ki,bu barədə Unikal.org-a Təhsil Nazirliyindən məlumat veriblər. Nazirlikdən bildirilib ki, bu halların hər biri araşdırılacaq:
“Belə hallarla rastlaşan şəxslər Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə anonim olmadan müraciət edə bilər. Bu halların hər biri araşdırılacaq, faktlar təsdiqini tapdığı təqdirdə müvafiq tədbir görüləcək”.
Fakttv.com

Comment here