ManşetMANŞETÜSTÜ

Nazirlik vəzifəli şəxsi cəzalandırdı

Nazirlik vəzifəli şəxsi cəzalandırdı

Nazirlik vəzifəli şəxsi cəzalandırdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xətai rayonu, Şahin Səmədov küçəsində tullantıların yandırılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən  Avropa.info-ya verilən məlumata görə, araşdırma zamanı tullantıların sözügedən ərazidə fəaliyyət göstərən “Üzeyir 2” kiçik müəssisəsi tərəfindən atılaraq yandırıldığı müəyyən edilib.

Faktla bağlı müəssisənin rəhbəri İldırım Salmanov barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub.

Comment here