DünyaMANŞETÜSTÜ

NATO-dan sərt açıqlama: Rusiya bunu dayandırmalıdır!

NATO-dan sərt açıqlama: Rusiya bunu dayandırmalıdır!

Rusiya məsuliyyətsiz davranışları dayandırmalıdır.

Fakttv.com xəbər verir ki, bu sözləri NATO rəhbəri Yens Stoltenberq rusiyalı kəşfiyyatçıların KSQT-yə qarşı kiberhücumlarla bağlı açıqlamasında deyib.

“NATO Hollandiya və İngiltərə ilə həmrəydir. Rusiya məsuliyyətsiz davranışlara son verməlidir”, – deyə Stoltenberq vurğulayıb.

O bildirib ki, bu kimi hücumların qarşısının alınması üçün təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Qeyd edək ki, Hollandiya tərəfi rusiyalı kəşfiyyatçıların Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) sisteminə kiberhücum təşkil etdiklərini açıqlamışdı.

Fakttv.com

 

Comment here