Kriminal

Narkotiklə tutuldu, oğurluğu üzə çıxdı

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Səpnəkəran kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Fətullayev saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, üzərinə keçirilən baxış zamanı ondan iki bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evin həyətində kultivasiya yolu ilə yetişdirdiyi 4 ədəd narkotik tərkibli çətənə kolu aşkarlanıb. Ə.Fətullayevin ətrafında aparılan əlavə tədbirlərlə onun Lənkəran rayonu ərazisində iki evdən oğurluq etdiyi də müəyyən edilib.
Belə ki, həmin şəxs həmkəndlisinin evindən 895 manat dəyərində məişət əşyalarını, rayonun Tütəpeştə kəndində yerləşən digər bir evdən isə 3 800 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Oğurladığı əşyaların bir qismi onun saxladığı yerlərdə aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Comment here