GündəmMANŞETÜSTÜ

NAMİQ QARAÇUXURLUDAN ÜZÜCÜ XƏBƏR

Tanınmış meyxanaçı Namiq Qaraçuxurludan üzücü xəbər var.

Sonxeber.az bildirir ki, sənətçi yıxılıb və ayağı sınıb. N.Qaraçuxurlu bu haqda məlumat verərək sevənlərini narahat olmamağa səsləyib:

 “Hər şey 5 dəqiqənin içində baş verdi. Yıxıldım və ayağım sındı. Əməliyyat olunmuşam. Əməliyyatım 3-4 saat çəkdi. Qarşıda tədbirlərim var idi. Heç bilmirəm necə olacaq. Bütün planlarım dəyişdi. İnşallah, yaxşı olar. Əsas odur ki, salamatam. Bu da mənə göndərilən bir sınaqdır və sınaqdan səbrlə, dözümlə keçməliyəm. Düşündüm ki, nəticə bundan da ağır olacaq. Bugünki halıma şükür edirəm. Allah nə göndərsə qəbulumdur”.

Comment here