Manşet

Muradın mərhəməti -Leyla Yaşar

Muradın mərhəməti …

 

Muradın səsi ətrafı bürümüşdü .. Birinci dəfə idiki, sərçəni yaxından görürdü. Qaçıb , şirin diliylə anasını çagırdı:- – Ana, ay ana, gəl gör nə tapmışam. Ev işlərilə məşgul olan Firuzə əvvəl fikir vermək istəməsə də , Muradın təkidli çagırışını cavabsız qoya bilmədi . Murada bələd idi . Dediyini etdirməyincə səsi kəsilən deyildi. İşini yarımçıq qoyub həyətə düşən Firuzə Muradın sakit dayandıgını görüb təəccübləndi. Yavaşca ona yaxınlaşdı . Yerə düşüb , çabalayan sərçəyə baxan Muradın gözləri dolmuşdu . Nə yaxına gedə bilirdi , nə də uzaqlaşa bilirdi . Arxaya çevrilib anasını görəndə , uşaq yalvarışlarıyla : -Ana , o ölür , ona kömək edə bilərsən? Gör necə nəfəs alır. Firuzə quşa yaxınlaşıb , onu sıgalladı , bir qanadı , bir ayagı sınmışdı. Hansısa mərdimazara rast gələn çərçə güclə nəfəs alırdı . Firuzə onu ehtiyyatla götürüb , evə gətirdi. Tez – tələsik bir az su içirtdi. Şərçənin gözlərində mərhəmət işigını axtaran bir yalvarış vardı. Sanki Firuzədən imdad diləyirdi . Murad:- Ana , sagalacaq? Bilmirəm , balam . Səidə xalanı çagıraq , gəlsin baxsın . Qaç gör evdədi? Murad qaçıb , dili topuq vura – vura Sədəyə olanları anlatdı . Səidə Muradın başını sıgallayıb , ona bir konfet verib , əlindən tutub gəldi . Qorxma , Murad sən onu sagladacaqsan deyib Firuzəyə göz vurdu. Səndə olan bu mərhəmət keşkə çoxunda olardı . Firuzə xoşgəlmisən edib , onu evə dəvət etdi . Sərçə başını azacıq qaldırıb , yenidən çabalıyıb , heysiz dayandı . Səidə quşu götürüb baxdı . Firuzədən gətirdiyi ləvazımatlarla sərçənin ayagını , qanadını gipsə qoymaq üçün bir azcıq ona kömək etməsini tapşırdı . Sonra balaca bir qutuya yumşaq parça salıb , onu ora qoydular . Muradın sevincinin həddi hüdudu yox idi . Evlərinə yeni nəfəs gəlmişdi . Hər gün səhər yuxudan durub , sərçəni sıgallayıb , gözlərinin içinə baxırdı . Vəziyyətini öyrənmək üçün Səidə xalanı gündə bir dəfə çagırıb müayinə etdirirdi . Hər gün şəhərə işləmək üçün gedən atasına Sərçə haqqında ətraflı məlumat verirdi. Gələndə sərçəsinə cürbəcür yemlər almagı bərk bərk tapşırırdı . Sərçə günü – gündən sagalırdı . Muradı görəndə sanki minnətdarlıq edirmiş kimi , əsə- əsə ayaga durmaq istəyir , yenidən yıxılırdı . Günlər beləcə keçirdi . Murad atası gələndə sərsçəsinə balaca qəfəs aldırmış, aldıgı yemlərlə yemləməyə başlamışdı . Bir gün Murad tezdən oyanıb, yenə dostuna baş çəkməyə gəlmişdi . Dostu qəfəsin bir küncünə sıxılıb durmuşdu ..Murad əvvəl nə oldugunu anlamadı . Dostunun bu halı onu məyus etdi . Qaçıb ata ,anasını, Səidə xalasını çagırdı . Səidə gəlib onu yoxladı . Sərçənin heç nəyi yox idi . Sadəcə qəfəsdən çıxmaq istəyirdi . Murad isə onu heç cürə buraxmaq istəmirdi . Aglayıb özünü öldürürdü .Bir təhər Muradı sakitləşdirib , razı sala bildilər . Başa saldılar ki , heyvanları təbiətdən ayrı salmaq olmaz. Murad dostunu çıxarıb , öpdü , sıgallayıb uçurtmaq üçün əlin açdı . Balaca ovucunda ona baxan sərçənin sanki gözləri gülürdü . Uçub gedən sərçəni bir müddət unuda bilməyən Muradın başını qatmaq çətin idi . Qapıya gələn quşlara həsrətlə baxıb köks ötürüdü . Bir gün qəribə bir hadisə oldu . Həyətdə oynayan Muradın topu kolluga düşdü. Kolluga girməyə çətinlik çəkən Murad anasını köməyə çaglracaqdı ki , yanında fısıltı eşitdi .. Arxaya çönəndə yanında bir ilanın dayanıb , ona dil çıxartdıgınlnı gördü. Balaca toppuş əllərilə , get burdan mən topumu götürürəm deyə ilana qışqırdı . İlansa əksinə sürünə – sürünə ona yaxınlaşırdı . Qorxusundan dili topuq çalan Murad qışqırmaga başladı .Bu dəmdə üç – dörd sərçə budaqdan yerə enib ilanın qarşısında dayandılar . Sanki Murada , qaç canın qurtar deyirdilər . Murad aglaya -aglaya kolluqdan birtəhər çıxdı . Bu vaxt sərçələrin cikkiltisi aləmi başına götürdü . Səsə Firuzə gəldi . Qara ilanın sürüşüb kolluguna girdiyini gorən ana ,Muradl qucaqlayıb agladı . Ana , ana gəl ora baxaq . Sərçələrə nə olub? Yox bala ,ora girmək qorxuludu .Firuzə nə qədər etdisə Murad əl çəkmədi . Qorxa qorxa uzaqdan kolluga boylandılar . Sərçənin biri yerdə qan içində uzanmışdı. Təsadüfən onlara gələn Səidə nə baş verdiyini bilib , qorxa – qorxa kolluga girdi .Sərçəni evə gətirdi ..Muradın gözünün yaşı qurumurdu . Sərçəni ilan vurmuşdu . Səidə xala , artıq gecikdiklərini söylədi . Heç cür kömək edə bilməzdilər . Murad uşaq sadəlövlüyü ilə Sədiəyə yalvarırdı. Səidə xala , kömək et ölməsin. Səidə onu sakitləşdirməyə çalışarkən gözü sərçənin qanadına sataşdı . Gözləri dolan Səidə , Murad eşitməsin deyə yavaşca bu Muradın dostudu deyib sərçənin qanadlarlnı sıgalladı .Hər ikisinin gözləri doldu. Heç nə anlamayan Murad yazıq yazıq onlara baxırdı. Sərçə agır – agır nəfəs alırdı artıq , sonuncu dəfə minnətdarlıq hissiylə Murada baxıb gözlərini yumdu.

Leyla Yaşar

Comment here