ManşetMANŞETÜSTÜ

MURAD MUSAYEVİN DEDİKLƏRİ YALAN VƏ BÖHTANDIR

MURAD MUSAYEVİN DEDİKLƏRİ YALAN VƏ BÖHTANDIR

 ” Bir neçə gündür rəhbərlik etdiyim Dilək Tədris Akademiyasının fəaliyyətinə xələl gətirmək məqsədilə özünü jurnalist kimi təqdim edən Murad Musayev adlı şəxs akademiyamızda keçirilən növbəti sınaq imtahanları barəsində saytlara böhtan xarakterli məlumatlar göndərmişdir”. Bu sözləri Meridian.az-a Rəhman Cəfərli, haqqında internet saytlarında dərc olunan yazılara münasibət bildirərkən deyib
Murad Musayevin, mənim və rəhbərlik etdiyim akademiya haqqında dedikləri tam qərəzli və böhtandır Onun məqsədi rayon Təhsil Şöbəsinin müdiri işləyən anam Hürü  Əliyeva haqqında mənfi fikir yaratmaqdır. Rəhbərlik etdiyim Dilək Tədris Akademiyasının Hürü Əliyevaya heç bir aidiyyatı yoxdur. Bu akademiya özümə məxsus olan şəxsi MMC-dir və qanuni şəkildə işləyir.Dövlətin vergisini verirəm. İşçilərlə qanunu şəkildə əmək müqviləsi bağlamışam.

Murad Musayev deyib ki guya akademiyada keçirilən sınaq imtahanlarına uşaqları məktəb direktorlarına təzyiq yoluyla cəlb edirik .Bu akademiyamıza atılmış iftiradır. Bu ayın 26-27- si  akademiyamızda sınaq imtahanları keçirilib.Hər ay bu imtahanları keçirirk.Bu imtahanlar keçirilməmişdən əvvəl imtahan və tarixi haqqında akademiyanın şəxsi instagram, sayt və feyzbuk profili vasitəsi ilə reklamlarımızı edirik.Bizi seçən uşaqlarada sınaq imtahanlarımızı keçiririk.Dediyim kimi imtahanlarda iştirak etmək könüllüdür.Hansı valideyn istəyirsə bu imtahanlara bilet alır. Biletin qiyməti də 3 manatdır.

Qeyd edim ki, Ağdaş rayonunda  Nizami məktəbi var. Bu məktəbdə minə yaxın şagird oxuyur. Sonuncu sınaq imtahanında Nizami məktəbindən cəmi üç şagird iştirak edib. Əgər Murad Musayevin dediyi kimi sınaq imtahanlarına uşaqları təzyiq yoluyla yığsaydıq, üç yox beş yüz şağird iştirak edərdi bu imtahanda. Ağdaş rayonunda 75-ə yaxın tam orta məktəb var sonuncu sınaq imtahanında cəmi 25 məktəbin şagirdləri iştirak ediblər.

Sonda qeyd edim ki, watsapp nömrəmdən Murad Musayevə qarşı təhqiredici ifadələri mən yazmamışam. Bunu müxtəlif yollarla telefonumdan istifadə edərək kimlərsə yazıb. Bununla bağlıda hüquq mühafizə orqanlarına müraciət etmişəm.Hal-hazırda rayon polis şöbəsində araşdırma aparılır.

Paylaş Fakttv.com

Comment here