Siyasət

Müharibəyə rəğmən sərgilənən konstruktivlik

Müharibəyə rəğmən sərgilənən konstruktivlik

Tarix boyu amansız müharibələrin və ədalətsiz siyasətin məkanı olan coğrafiyamızda yaxın tariximizdə eyni situasiya mövcud idi. Dünyanın əsas güc strukturlarının və BMT -ın ikili standartların tətbiqinə məruz qaldığımız 30 illik müharibə şəraiti dövründə ordumuzu və xalqımızın yaşayışını gücləndirən, yaxşılaşdıran, digər qonşularıyla problemsiz qonşuluq edən Azərbaycan dövləti artıq “tərəzinin eyni gözünə qoyulmaq “ ədalətsizliyinidə aradan qaldırmaq üçün əməli tədbirlərə başladı.30 ildir BMT-ın heç bir qətnaməsinə məhəl qoymayan ermənistan hakimiyyətininə artıq layiqli cavabı döyüş cəbhələrində verməyin vaxtı idi. 2020- ci ilin 27 sentyabrı Dağlıq Qarabağ probleminin qırılma nöqtəsi idi.Bir-bir yaşayış məntəqələri işğaldan azad olunduqca dünya heyrətlər içərisində bu əzmi və gücü izləyirdi.Bu ordu və bu siyasət qarşısında duruş gətirə bilməyən cılız ermənistan dövləti 10 noyabrda kapitulyasiya etməyə məcbur oldu.Hər kəsi və ən əsası dünya siyasətində söz sahibi olan böyük dövlətlətləri və bölgə ölkələrini bir şey düşündürürdü –“Cənubi Qafqazın bu iki dövləti arasında gələcək münasibətlər.”
Azərbaycan prezidenti İlham Əliyev isə gözlənilən cavabı əslində daha öncədən bir neçə dəfə qeyd etmişdi. O, bir çox müsahibələrində Azərbaycanın erməni xalqı ilə deyil,mövcud rejimlə bağlı problemi olduğunu vurğulamışdı.
Prezident bölgədə sülhün təmini üçün birgəyaşayışın və kommunukasiyaların bərpasının vacibliyini qeyd edən qurucu çıxışlar edir.Azərbaycanın dünya bazarının, xüsusilə Avropanın ən önəmli enerji mənbələrindən biri olduğunu nəzərə alsaq qarşılıqlı sülhü istəməzsə burada itirən tərəf Ermənistan olacaqdır.Çünkü Azərbaycan bir neçə yolla dünya bazarına öz məhsullarını təqdim edə bilir,Ermənistan isə bölgədə “dalan”rolunu üstləndiyindən kommunukasiyaların bərpasından qazanan əsas tərəf ermənistan tərəfi olacaqdır.Ərazilərin qarşılıqlı tanınması üçündə dövlətimiz danışıqlara hazırdır.O cümlədən istənilən erməni əsilli şəxslərdə istədilkləri təqdirdə birgəyaşayışın bütün imtiyazlarından yararlana biləcək.
Azərbaycan istər əvvəlki vəziyyətin bərpası, istərsədə infrastrukturun bərpası üçün bölgənin əsas gücləri olan Rusiya və Türkiyənin bərpaedici roluna üstünlük verəcəkdir.
Bu mövqe dövlətimizin bölgəmizdə və dünyada dağıdıcı deyil bərpaedici, sülhpərvər mövqedən çıxış etdiyini göstərir.
Böyük güclər və siyasi təşkilatlarda iki dövlətin əlaqələrinin bərpası, Cənubi Qafqazın sülhpərvər bölgəyə çevrilməsi yolunda fikirlər ortaya qoyulmuşdur. Ümid edirik ki, vətənimizdə və bölgədə sülhün bütün prinsipləri tam icra olunacaqdır,çükü bu işdə xalqımız və dövlətimiz qərarlıdır.

Bəyaz Mirzəyeva,
Saatlı rayon Kamallı kənd ümumi orta məktəbin tarix müəllimi.

Comment here