Cəmiyyət

Möcüzə…-Leyla Yaşar

Möcüzə…

Son pilləkənə ayagını qoyanda telefonununun zəng çaldıgını gördü.Tez tələsik cibini eşələyib tapdı,telefonu çıxartdı anası idi. – Hə ,ana eşidirəm. – Hardasan ? – Şəhərdəyəm! – Özünü qoru , can bala! Tez tələsik telefonu söndürdü. Axırıncı mərtəbəyə çatmışdı.Binanın damına çıxıb , aşagıya baxdı .7 mərtəbəni çıxınca nələr düşünməmişdi.Son qərarı idi .Bu gün bitəcəkdi bu iş.Fikirləşməyə vaxtı yox idi.Telefonun yandırıb şəkillərə baxdı.Ən çox anasıyla olan dünən çəkdirdiyi şəkilə.Sonra atasıyla ,bacısıyls olan şəkillərə bir – bir baxdı.Ən son çəkdirdiyi şəkil Nilufərlə idi .Atasını bərk -bərk qucaqlayan yaşıl gözlü qızcıgaz sanki aglayırdı.Çox qəribə uşaq idi .Gözlərinin dərinliklərində bir kədər var idi. Tez telefonu cibinə qoydu.Yox vaxt itirmək olmaz! Bu nədi ,yoxsa mən vaz keçirəm? Məktubunu da yazıb qoymuşdu,evdə də ,cibində də . Öləndən sonra hər şey aydınlaşacaq .Yeqin ki onu qınamazlar.Ayrı çıxış yolu yoxdu ,axı neynəsin? Düzdü deyəcəklər dərdini vaxtında desə idi ,çarə edərdik. Ən çox,anası pis olacaq .Aglayıb ,bu dərdi ona yaşatdıgı üçün onu qınayacaq.Cavan canına qıydıgı üçün illərlə yas saxlayacaq.Keşkə öz,əcəliylə ölərdi ,intihar ləkəsini üstümüzə ömürlük damga etməyəydi deyəcək.Tanıyan ,tanımayan hərəsi bir söz danışacaq. Yox ,yox o nələr fikirləşir yenə .Qərarından vaz keçməyəcək ! Kim nə danışır danışsın onsuzda o heç nə eşitməyəcək. Bəs Tanrı? Onu həmişə çətinliklərdən qoruyan ,sıgındıgı Tanrı? ” Quran” da oxudugu kimi ,onu cəhənnəm əzabına məhkum etməyəcəkmi? Yenə aşagıya baxdı.Maşınlar gedib gəlirdi.Məsafəni hesablamaga başladı.Bu tərəfdən yıxılsam maşınlardan birinin üstünə düşəcəm .Maşın yeyəsinə ziyan vurmuş olacam.Həm də zərblə çırpılacam sürücünü də özümlə o dünyaya apara bilərəm .Bəs bu tərəf? – burdan da betonun üstünə düşəcəm iç – çalatım yerə töküləcək .nə qədər yusalarda ləkə yerdə qalacaq . Aha,deyəsən tapdı.Bura yaxşıdı.Həm otluqdu,cəsədi çox tanınmaz hala düşməz ,həm də özü də rahat ölər . Birdən ölməsə ,sag qalsa ömürlük şikəst olsa?. Yox hardasa oxumuşdu ki hündürlükdən yıxılan adamlar yerə çatmamış ürəkləri partlayıb ölür. Yenə aşagı baxdı.6- cı mərtəbədə bir qadın eyvanda ipə paltar sərirdi. Geri çəkildi ki onu görməsin.Günün günortaçagı intihar etmək agılsızlıqdı.Amma yolu yoxdu,axşama kimi bu işi sonlandırmaq lazımdı.Son şansı 8 – də bitir.Ona kimi,o məbləgdə pulu heç hardan tapa bilməz axı. Aylardı işsizdi.İşdə müdirlə müştəri görə agızlaşandan sonra onu işdən atmışdılar.O necə haqsızllga dözə bilərdi axı? Kasıb bir qadın onlardan pul götürmüşdü.Olan qalan nişan üzüyünü girov qoyan zavallı ,götürdüyü pulun yarıdan çoxunu tapıb gətirmişdi.Xahiş etdi ki ,üzüyüyü 1 saatlıq versinlər ,lap yanında nümayəndə də getsin ,aman zaman ,atası şəhid olan oglunun bu gün nişanıdı.Üzüyü qızın barmagına taxsınlar.Onsuzda vəziyyəti bilirlər .1 saat sonra qız qaytarıb verəcək .. İnsanlıqdan çoxdan uzaqlaşmış müdir razı olmamışdı.Nicat qalan pula zamin duracagını ,maaşda ödəcəyini desə də heç cürə ipə sapa yatmıyan müdür qadını yalançılıqda ittiham edib qovmuşdu .Sözləri çəpləşdiyinə görə Nicatı da işdən qovmuşdu.Evdə heç kim onun işsiz oldugunu ,aylardı danışa bilməyən Nilufərin əməliyyatı üçün sələmə götürüb ,müdriyyətdən borc almışam , nə vaxt istəsən qaytar dediyi yalanı bilmirdi. Yüksək faizlə sələmə götürdüyü pulu aylardı ödəyə bilmədiyi üçün üstünə gələn faiziə birgə kəllə çarxa çıxdıgını, o pulu illərlə işləyib qaytara bilməyəcəyini görüb son yola əl atmagı qərara almışdı. Bircə ona ümid edirdi ki ,qızı böyüyüb onu başa düşəcək ,haqq verəcək .Bəlkə o da qınayacaq ,onu atasız qoydugu üçün. Fikirlər beynini yorurrdu artıq ,Neçə aydı bu vəziyyətdə idi. Dostdan tanışdan aldıgı borcla dolandırırdı ailəsin .Hər kəsin öz problemləri var .Uzun müddətli borc verə bilmirlər axı… Ofurub yenidən düşünməyə başladl.Bəs o ölsə ,onun borcların kim verəcək ? Təqaüd alan valideyinləri ,heç bir yerdəçalışmyan həyat yoldaşı? Kim o qədər pulundan keçib bagışlayar axı? Əslində özü də bilirdiki , intihar çıxış yolu deyil.Çox çətinlklər görmüşdü bu həyatda.Həkim qızın heç vaxt danışmayacaq deyəndə belə narahat olmamışdı.Tanrının məsləhətidi deyib ,hər kəsə təsəlli etmişdi. Bəs bu gün noldu ona? Şeytan ona nə tez qalib gələ bildi? Ayaga durub tinə qədər gəldi.Əl açıb Tanrıdan onu bagışlamagını dilədi..Aşagıya baxmadan gözünü yumub ayaqlarını cütləşdirdi .Bayaqdan seçdiyi otluga son dəfə gözünü açıb baxdı. 1.2 sayıb elə 3 deyəcəkdiki telefonu zəng çaldı.Bu zəhirmara qalmışı sömdürdmüşdü axı.Xatırladı ,bayaq şəkillərə baxıb cibinə qoymuşdu ,söndürməmişdi . Ekrana uzun – uzadı baxdı .Anası idi ,dayanmadn yıgırdı.Əli gəlib söndürə bilmədi.Son dəfə açıb ,özünü tullamagı qərarlaşdırdı..Açdı da , qulaqlarına inanmadı…A ttt a , atta ,ata deyə kəkələyən Nilufər idi….. Sevindiyindən hönkürdü ..Tanrı ən son anında möcüzsəsiylə onu mükafatlandırmışdı….

Leyla Yaşar

Comment here