ManşetMANŞETÜSTÜ

Mikayıl Cabbarovdan yeni təyinatlar – YENİLƏNDİ

Mikayıl Cabbarovdan yeni təyinatlar – YENİLƏNDİ

Mikayıl Cabbarovdan yeni təyinatlar - YENİLƏNDİAzərbaycanın vergilər naziri Mikayıl Cabbarov özünə 3 yeni müşavir təyin edib. Bununla da onun müşavirlərinin sayı 5-ə çatıb.

Məlumata görə, yeni müşavirlər Orxan Nəzərli, Abdulla Tağıyev və Xəqani Abdullayevdir.

Qeyd edək ki, X.Abdullayevin təyinatı ilə bağlı ötən həftə məlumat yayılmışdı. (report)

***

Vergilər naziri Mikayıl Cabbarov bir sıra təyinatlar edib.

Cabbarov özünə 4 yeni müşavir təyin edib. Nazirlikdə kadr dəyişikliklərinin davam edəcəyi bildirilir.

Xatırladaq ki, bundan öncə nazir daha iki müşavir təyinatı gerçəkləşdirmişdi. Camal Qasımov və Elnur Əliyev nazirin yeni müşavirləri, Ceyhunə Muxtarova isə köməkçisi təyin olunmuşdu.

Beləliklə, son təyinatdan sonra nazirin müşavirlərinin sayı 6 nəfərə çatıb.

Qeyd edək ki, Mikayıl Cabbarov Vergilər Nazirliyinə rəhbər gələndən sonra 64 nəfər vəzifəsinən kənaralaşdırılıb ki, onların sırasında eks-nazir Fazil Məmmədovun 12 müşaviri də vardı. (modern.az)

Comment here