ManşetMANŞETÜSTÜ

Mikayıl Cabbarov hansı kadr dəyişikliyi edib? – AÇIQLAMA

Mikayıl Cabbarov hansı kadr dəyişikliyi edib? – AÇIQLAMA

Mikayıl Cabbarov hansı kadr dəyişikliyi edib? - AÇIQLAMAVergilər Nazirliyinə yeni nazir təyin edildikdən sonra hər hansı dəyişiklik olmayıb. Hətta Fazil Məmmədovun 15 müşaviri də iş başındadır.

Sonxeber.az xəbər verir ki, bu barədə axar.az-a Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mehdi Mirsəlimov məlumat verib. Onun sözlərinə görə, keçmiş nazir Fazil Məmmədovdan sonra nazirlikdə hər hansı kadr dəyişikliyi aparılmayıb: “Hər hansı dəyişiklik olsa, bu barədə mətbuata məlumat veriləcək”.

Qeyd edək ki, 5 dekabr tarixində prezidentin imzaladığı sərəncamla Fazil Məmmədov vergilər naziri vəzifəsindən azad olunub. Digər sərəncamla Mikayıl Cabbarov vergilər naziri vəzifəsinə təyin edilib.

Comment here