Cəmiyyət

Meşədə bir gün-Leyla Yaşar

Meşədə bir gün.

Qarlı , şaxtalı bir qış günü idi . Yer üzünə ag xalısını sərən qış təbiətə gözəllik verirdi . Agacların yarpaqlarında topalaşan qar cənnət meyvəsinə bənzəyirdi . Damlardan üzüaşagı sallanan sırsıra pəncərələri öz himayəsinə götürmüşdü . Evlərin damından çıxan tüstü qarı nə qədər çirkləndirməyə çalışsa da , yeni yagan quşbaşı qar onu havadaca ag rəngə çevirirdi . Havadakı təmizlik , qarın üstündəki ayaq izləri insan ruhunu oxşayırdı . Məmməd kişi ov ovlamaq üçün meşəyə yol almışdı . Ayaqlarını qarın üstünə basdıqca , qarın ətrafa yaydıgı səs meşəyə yayılır , sakitliyi pozurdu . Tüfəngini çiyninə aşırıb yavaş – yavaş addımlarla irəlləyən Məmməd kişi nədənsə bikef görsənirdi . Neçə illərdi ov ovlamagı yadırgamışdı . Axırıncı dəfə ceyrana dəyən gülləsindən sonra neçə illər özünə gələ bilmirdi . Ceyranın gözlərindəki o iki damla yaşı illərdi unuda bilmirdi . Yuxusuna tez – tez girən o ceyran dil açıb imdad diləyirdi ondan . Hər dəfə yuxuda balalarını xilas etməyi xahiş edirdi . Neçə illərdi eyni yuxunu görən Məmməd kişi bu gün yuxunun iziylə düşmüşdü . Özü də bilmirdi , hara niyə gedir . Yolu əlinə alıb gedirdi . Birdən kolluqdan quş uçdu . Səksənən ovçu bir anlıq dayanıb , sonra yoluna davam etdi . Qarın üstündə ləpirlərilə iz salan ovçu sanki bir xalça toxumuşdu . Dayanıb bir az nəfəs aldı , qışın özünə məxsus gözəlliyinə heyran – heyran baxdı . Qarlı havanı ciyərlərinə çəkdi . Havadakı təmizlik , saflıq nəfəsinə doldu sanki . Bir kötük tapıb üstünün qarını təmizləyib oturdu . Ətrafa nəzər saldı . İlahi , təbiət necə də gözəl idi . Hər tərəf agappaq , hər tərəf səliqəli , cənnətdi sanki . Şam agaclarının , kolların üstündəki qar topaları , yerlə axan çayın üzərində donmuş buz , qırılıb yere düşən budaqların , kəsilmiş kötüklərin üstündəki qar topaları bir rəssamın əl işi idi . Tanrının yer üzündə yaratdıgı gözəlliyin bir parçasını seyr edirdi ovçu . Birdən nərilti səsi gəldi . Diksinən ovçu tez ayaga durub , tüfəngini hazır vəziyyətə gətirdi . Ətrafa nəzər salıb , dərindən ah çəkdi . Hər şey birdən – birə baş verdi . Anidən kolluqdan çıxan ayı ona hücum etdi . Gözlənilməz zərbə ovçunu karıxdırdı. Ayı onunla əlbəyaxa döyüşə çıxdı . Tüfəngi əlindən yerə düşən ovçu var qüvvəsiylə ayıya qalib gəlməyə çalışırdı . Ayı onu yerə yıxıb , cırmaqlamaga başladı . Pəncəsinin zərbələri ovçunun üzünü görünməz hala salmışdı . Dərisi cırıq – cırıq olmuş , əllərindən qan süzülürdü . Ayı onu parçalamaq üçün paltarını dartışdırır , ayaqlarından tutub sürüyürdü . Taqəti kəsilən ovçu təslim olmaq istəmirdi . Heysiz bədənilə ayının agzından birtəhər çıxır , yenidən ayının güclü zərbəsinə tuş gəlirdi . 15 dəqiqə olardıkı ayı ilə əlbəyaxa savaşırdılar . Həyat eşqinin güc gəldiyi ovçu asanlıqla təslim olmaq fikrində deyildi . Ayının çəkdiyi nərələr meşəni yerindən oynadırdı . Ovçunun partarları qanın içindəydi . Ayı onu öldürməmiş əl çəkməyəcəkdi . Ovçu da asanlıqla can təslim edən adam deyildi . Ayının caynaqları bogazına keçmişdi . Son nəfəsi oldugunu düşünən ovçunun ümüdü onu tərk etmişdi . Artıq heç nə edə bilməyəcəyini düşündüyü anda Tanrı möcüzəsini göndərdi . Ovçunun qollarına pəhləvan gücü gəldi . Ayının üstündən itələyib , onun üstünə çıxdı . Xirtdəyindən yapışıb var gücüylə bogmaga başladı . Bayaqdan nərildəyən ayının xırıltısı gəlməyə başladı . Ovçunun gücü ona qalib gəlirdi . Ayının öldüyündən tam əmin olan ovçu , qarın üstünə yıxılıb qaldı .Süd kimi ag qar , qırmızı qana boyandı . Bu dəmdə şıqqıltı gəldi . İki bala ceyran ürkək – ürkək ona baxırdı . Ovçu əvvəl heç nə anlamadı . Birdən yuxusu yadına düşdü . Ondan imdad diləyən ceyran .. İndi o ceyranlardan imdad diləyirdi . Danışmaga halı yox idi . Ceyranlar hürküb qaçmaga başladılar . Güllə səsləri eşidiıdi . Səs yaxınlaşırdı . Ceyranlar qaçıb getdilər . Qarın üstündə gəzən ayaq səsləri gəldi . Yaxınlaşan iki ovçu onu görüb kömək etdilər . Birtəhər ayaga durguzub ,üz – gözünün qanını sildilər . Məmməd kişi başına gələnləri danışdı . Ayı ilə mübarizəsindən , sag qalma ümüdü olmadıgından , birdən – birə qollarına gələn gücün səbəbinə indi ayaq üztündə olmagından agızdolusu danışdı . Ovçulara öz təşəkkürünü bildirdi . Sən demə ovçular ceyranların dalıyca gəlirlərmiş. Ceyranların yerini təzəcə tapıblarmış . Hər şey alt – üst oldu . Onlar ceyrana çata çatda Məmməd kişinin iniltisinə qulaq verib , tüfəngi aşagı salıblar . Həmən anda ceyranlar qaçıb canlarını qurtara biliblər . Məmməd kişi yuxusunın məgzini indi anladı . Demək onun ayı ilə mübarizəsi , iki ceyranı ovçu gülləsindən xilas edibmiş. Özünün günahını bu gün ayının hücumu ilə yumuş olub.Ayı ona hücum etməsə idi , ovçular onu görüb , ceyranları rahat buraxmayacaqdı . Məmməd kişi vicdan əzabından qurtulmuşdu .

Leyla Yaşar

Comment here