GündəmManşet

“Maşın Şou”nun aparıcısı Murada AĞIR İTKİ – “Ona oğulluq edə bilmədim” /FOTO

“Maşın Şou”nun aparıcısı Murada AĞIR İTKİ – “Ona oğulluq edə bilmədim” /FOTO

"Maşın Şou"nun aparıcısı Murada AĞIR İTKİ - "Ona oğulluq edə bilmədim" /FOTOAtv telekanalının məhşur aparıcısı Murad Əzimzadənin ailəsində ağır itki baş verib.

Sonxeber.az BiG.AZ-a istinadən xəbər verir ki, tanınmış aparıcı babasını itirib. O bu haqda sosial şəbəkədə yazaraq bunları qeyd edib:

“Adımı Maradona qoymuşdu. Dizində böyümüşdüm. Atamın atası idi, elə mənə də atalıq etmişdi. Oğulluq edə bildiyimi deyə bilmərəm. Ancaq onu atamdan çox sevmişəm. Dost, qardaş kimi idik. O da ailənin tək oğlu idi…Təkliyimiz idi bizi bir-birimizə birləşdirən.
Bu həftəsonu Gəncəyə yanına gedəcəkdim, görüşəcəkdim. Amma indi dəfn etməyə, son dəfə sağollaşmağa gedirəm. Babamdan çox ata olanımı itirdim. Doğmalarımızı hansı yaşda itirməyimizdən asılı olmayaraq, yandırır, ağrıdır, məhv edir. Tanrı bütün ölənlərə rəhmət eləsin”.

Sonxeber.az bildirir ki, “Maşın şou” realiti şousunun ilk günkü aparıcısı Murad Əzimzadə olmuşdu.
"Maşın Şou"nun aparıcısı Murada AĞIR İTKİ - "Ona oğulluq edə bilmədim" /FOTO

Comment here