Manşet

Masazırda 1 hektar ərazi yandı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində açıq ərazidə qatı tüstülənmə olması barədə məlumat daxil olub.

Huquqaz.com-ın nazirliyin saytına istinadən xəbərinə görə, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, hadisə ünvanında quru ot, kol-kos və təkər tullantıları yanır.

***

Masazırda 1 hektar sahədə təkər tullantıları, quru ot və qamışlıq yanıb.

Məlumata görə, yanğın mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb

Comment here