İdman

Mahir “Legiya”da rusları məyus etdi

Millimizin futbolçusu Mahir Emreli Polşa “Legiya”sının heyətində növbəti qolunu vurub.

Huquqaz.com xəbər verir ki, Emreli Rusiya “Krasnodar”ı ilə yoldaşlıq matçında fərqlənib. O, 39-cu dəqiqədə qapıçının səhvindən sonra hesabı açıb.

Qeyd edək ki, daha əvvəl “Bişofshofen”lə yoxlama oyunu “Legiya”nın 5:0 hesablı qələbəsi ilə başa çatıb. 60 dəqiqə meydanda olan Mahir Emreli 6-cı, 22-ci və 36-cı dəqiqələrdə qol vurub.

Comment here